Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur

0

  •          Fevralın 22-də Xocalı rayon əhalisinin bir hissəsinin kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Yeni yaşayış massivində Xocalı rayon İcra Hakimiyyəti Aparatının və Xocalı şəhər 1 saylı Uşaq-musiqi məktəbinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar "Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymətin verilməsində və soyqırım həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyevin tarixi rolu" mövzusunda tədbir keçirildi.       Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, uşaq-musiqi məktəbinin kollektivi, şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etdilər.       Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar oxudular.       Xocalı şəhər 1 saylı Uşaq-musiqi məktəbinin akt zalında davam edən tədbirdə məktəbin direktoru Ziya Aşurov tədbiri giriş sözü ilə açaraq cinayətkar erməni qoşunlarının Xocalıda törətdiyi vəhşiliklər haqqında danışdı.       Xocalı soyqırımının canlı şahidi Qaryağdı Quliyevin başına gələn müsibətlər barədə danıışdıqları hər kəsi dərin kədərə qərq etdi. Qaryağdı kişi bildirdi ki, yoldaşı 1955-ci il təvəllüdlü Quliyeva Sara Hüseyn qızı, qızım 1979-cu il təvəllüdlü Rəvanə, 1981-ci il təvəllüdlü qızım Nuranə, 1985-ci il təvəllüdlü oğlum Şükür o dəhşətli faciədə itkin düşüblər. Xocalı soyqırımında xalam qızı, xalam qızının iki oğlu, yoldaşımın bibisi və bibisi uşaqları şəhid oldular. Həyat yoldaşımla birgə, beş övladımdan üçünü itirdim. Beynəlxalq Qırmızı Xaç komitəsinə və Azərbaycan Qırmızı Aypara cəmiyyətinə dəfələrlə müraciət etməyimə baxmayaraq, bir nəticə olmadı, onlardan heç bir xəbər ala bilmədim. O vaxtdan indiyə kimi gözlərim yol gözləyir. Xocalı soyqırımını bütün dünyaya çatdırmaq lazımdır. Soyqırım cinayətkarlarının hamısı hələ də cəzalarını almayıbdır.        Sonra çıxış edən Lamiyə Qarayeva həmin dövrdə ölkədə baş verən siyasi proseslər, Xocalı soyqırımının törədilmə səbəbləri və onun acı nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, ölkədə hökm sürən özbaşınalıq, hakimiyyət səriştəsizliyi Xocalı soyqırımının törədilməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalq düçar olduğu bəlalardan xilas oldu. Ümummilli lider Heydər Əliyevin siyasi varisi, ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük müharibədə böyük qələbə qazandı. Xocalı cəlladlarının məhv edildiyi zəfərdən sonra xocalılar mənən rahatlıq tapdı.       Daha sonra Xocalı rayon ziyalısı Aydın Həsənov mübariz ruhda çıxış edərək Vətən müharibəsində qəhrəman oğullarımızın hünərindən danışdı. Tarixin bizə verdiyi dərsləri, əlamətdar günlərimizi, bayram şənliklərimizi tezliklə Xocalıda qeyd edəcəyimizə inamını vurğuladı.        Yekunda Xocalı şəhər 1 saylı Uşaq-musiqi məktəbinin hazırladıqları "Xocalı soyqırımı uşaqların gözü ilə" adlı bədii kompozisiya nümayiş etdirildi.        Tədbir Goranboy rayonunda yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edilməsi və Heydər Əliyev Mərkəzinə ekskursiya ilə davam etdirildi.      Tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə dərin ehiram əlaməti olaraq gül dəstələri düzdülər.       Heydər Əliyev Mərkəzinə ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verildi. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən fotolarla tanış oldular. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı təşəbbüskarı olmuşdur

    Maraqlı gələ bilər
    47
    51
    53
    60